http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İkiqat qazanc adı ilə vətəndaşları aldadan şəxslər saxlanılıb

11 Oktyabr 2022 , 10:56
İkiqat qazanc adı ilə vətəndaşları aldadan şəxslər saxlanılıb

İmişlidə ikiqat qazanc adı ilə vətəndaşları aldadan şəxslər saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, bir neçə İmişli rayon sakini Rayon Polis Şöbəsinə müraciət edərək fərqli vaxtlarda internet resurslarında fəaliyyətdə olan platformaların birinə iki qat qazanc əldə etmək üçün müxtəlif miqdarlarda pul yüklədiklərini, lakin sonradan dələduzluq sxeminin toruna düşərək aldandıqlarını bildiriblər. 

Daxil olmuş müraciətlərlə bağlı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşlara qarşı dələduzluq edən iki nəfər şəxs, rayonun Xəlfəli kənd sakinləri Vüqar Qafarov və onun əmisi oğlu Bahadur Qafarov saxlanılıblar. 

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər sosial şəbəkələrdə yaradılmış maliyyə piramidasına qısa müddət ərzində xeyli sayda vətəndaşı cəlb edə biliblər. Onlara müraciət edən şəxsləri isə guya bu platformaya investisiya qoyduqları zaman yüksək qazanc əldə edəcəklərinə inandıraraq vətəndaşların etibarından sui-istifadə etməklə aldadıblar. Piramidaya qoşulan şəxslərə əvvəlcədən ikiqat gəlir, eləcə də platformaya cəlb etdikləri hər bir şəxsə görə, həmçinin qoşulma üçün ödədikləri pullardan aylıq gəlir şəklində ödənişlər vəd olunub.

Faktla bağlı İmişli RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları Vüqar və Bahadur Qafarovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in "102" xidmətinə, həmçinin İmişli RPŞ-nə müraciət etmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR
Bakıda veloyürüş keçiriləcək

Bakıda veloyürüş keçiriləcək

Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə MN Azərbaycanı təbrik edib

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik

XƏBƏR LENTİ
  • 17:31

    Naxçıvan Ali Məhkəməsi Ali Məclisə seçkilərin nəticələrini təsdiqləyib
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
Menyu