http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Azərbaycan və Macarıstan əlaqələri strateji tərəfdaşlıq əsasında genişlənir

11 Oktyabr 2022 , 11:30
Azərbaycan və Macarıstan əlaqələri strateji tərəfdaşlıq əsasında genişlənir

“Azərbaycan və macar xalqları arasında dərin köklərə malik sıx əlaqələr mövcuddur, bu gün də hər iki ölkənin rəhbərlərinin səyləri ilə Azərbaycan - Macarıstan arasında dostluq və əməkdaşlıq münasibətləri yüksək səviyyədədir. Bu il Azərbaycan və Macarıstan diplomatik əlaqələrinin 30 ili tamam oldu. Ötən dövrdə iki ölkə arasında imzalanan 50 sənəd, xüsusilə 2014-cü ildə imzalanan Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə əlaqələrin daha da dərinləşməsinə şərait yaradıb. 2022-ci ilin 8 ayında da Azərbaycan və Macarıstanın ticarət dövriyyəsi 9,2 faiz artıb və əsas hədəf əlaqələrin daha da genişlənməsidir”.

"Operativ Media" xəbər verir ki, bu fikir əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayevlə Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanın tanışlıq görüşündə vurğulanıb.

T.Tormanı yeni təyinatı münasibətilə təbrik edən S.Babayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərini diqqətə çatdırıb. Ərazilərimizin Ermənistanın işğalından azad edildiyini və təcavüzkar Ermənistan tərəfindən dağıdılmış həmin ərazilərdə böyük quruculuq işləri aparıldığını qeyd edib. 

Nazir macar şirkətlərinin də bu quruculuq işlərinə qoşulmaq istəyinin məmnunluq doğurğunu deyib. Bunun, habelə həmin işlərə cəlb olunacaq macar şirkətləri üçün Macarıstanın “EximBank”ının 120 milyon ABŞ dolları kredit xətti, azad edilmiş ərazilərin minalardan təmizlənməsi işinə Macarıstan tərəfinin 25 min avro qrant ayırmasının dostluq münasibətlərini bir daha ifadə etdiyini bildirib.

Nazir S.Babayev iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin önəmini qeyd edib, ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin zəruriliyini vurğulayıb. Ölkəmizin sosial-iqtisadi inkişaf dinamikası barədə məlumat verən S.Babayev yerli və macar iş adamları arasında ikitərəfli işgüzar əlaqələrin önəmini diqqətə çatdırıb. Macar biznes dairələrinin də Ələt Azad İqtisadi Zonasında reallaşacaq layihələrdə iştirakda maraqlı ola biləcəyini deyib.

Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın fəaliyyətindən, bu ilin fevralında keçirilən Komissiyanın 8-ci iclasının yekunlarından bəhs olunub.

T.Torma ölkəsinin Azərbaycanla əlaqələri genişləndirmək əzmində olduğunu, ikitərəfli əməkdaşlığın daim inkişaf etdiyini, səfir kimi bu sahədə öz töhfəsini vermək üçün çalışacağını vurğulayıb.

Görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və gələcək inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

XƏBƏR LENTİ
  • 17:29

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib
  • 17:23

    Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 17:15

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB
  • 17:07

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib
  • 17:02

    Bakıda veloyürüş keçiriləcək
  • 16:52

    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:51

    Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib
  • 16:42

    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
    Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib
Menyu