http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

"Atəşgah məbədi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb

02 Noyabr 2024 , 23:54
"Atəşgah məbədi"nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi işlərinə başlanılıb

"Atəşgah məbədi" abidəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün işlərə başlanılıb.

"Operativ Media" xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Bu məqsədilə nominasiya sənədi hazırlanacaq.

Qeyd edək ki, hazırda "Atəşgah məbədi" UNESCO-nun müvvəqəti siyahısındadır. Ümumilikdə Azərbaycandan UNESCO-nun Ümumdünya İrs Siyahısında 5 obyekt, müvəqqəti siyahısında isə 10 obyekt var.

"Atəşgah məbədi" Abşeron yarımadasında, Suraxanı rayonunun, Suraxanı kəndi yaxınlığında yerləşir. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilib. "Alov evi" və ya "Alov yeri" anlamı verən bu məbəd XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilib.

 

Azərbaycan Prezidentinin sərəncamına əsasən kompleks ətrafında açıq səma altında muzey yaradılıb, kompleks Dövlət Tarix-Memarlıq Qoruğu elan edilib. Hər il muzeyi orta hesabla 145 min nəfər ziyarət edir.

1998-ci ildə Atəşgah UNESCO Ümumdünya irsi siyahısına salınmaq üçün namizəd siyahısına daxil edilib.

OXŞAR XƏBƏRLƏR
COP29 zamanı İçərişəhər və Qala qoruğunu nə qədər əcnəbi ziyarət edib?

COP29 zamanı İçərişəhər və Qala qoruğunu nə qədər əcnəbi ziyarət edib?

Londonda iki tarixi bazar tezliklə bağlanacaq

Londonda iki tarixi bazar tezliklə bağlanacaq

İtaliyalı rəssam Karavacconun sirlərlə dolu əsəri ilk dəfə Romada sərgilənəcək - FOTO

İtaliyalı rəssam Karavacconun sirlərlə dolu əsəri ilk dəfə Romada sərgilənəcək - FOTO

XƏBƏR LENTİ
  • 20:00

    Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir
  • 19:44

    Muxtar Babayev Ər-Riyadda COP16 sessiyasında iştirak edir
  • 19:37

    Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarı ilə telefonla danışıb
    Ceyhun Bayramov yeni təyin olunmuş gürcü həmkarı ilə telefonla danışıb
  • 19:27

    Şolts Zelenski ilə görüşüb
  • 19:18

    Rusiyada elmin maliyyələşdirilməsi ÜDM-in 2%-nə çata bilər
  • 19:00

    Suriya Hərbi Hava Qüvvələri terrorçuların İdlibdəki qərargahını məhv edib
  • 18:52

    Dehliyə uçan təyyarə Moskvada məcburi eniş edib
  • 18:46

    Saxta diplom təqdim edən 9 nəfərə verilmiş şəhadətnamə ləğv edilib
Menyu