09.Noyabr.2024, 20:00
Azərbaycan ordusunun əsgəri bədbəxt hadisə nəticəsində həlak olub
Azərbaycan ordusunun əsgəri bədbəxt hadisə nəticəsində həlak olub şəkil
Azərbaycan ordusunun əsgəri bədbəxt hadisə nəticəsində həlak olub

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Orucov Həbib İlham oğlu odlu silahdan açılmış atəş nəticəsində ölüb.

Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri Firad Əliyev "Operativ Media"ya bildirib ki, hadisə ilə əlaqədar Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

“Daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq. Allah hərbçimizə rəhmət eləsin”, - o bildirib.

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır