09 Noyabr 2024, 21:55
Aİ 15-ci anti-Rusiya sanksiyalar paketini hazırlayır
Avropa İttifaqı (Aİ) Ukrayna münaqişəsinə görə 15-ci anti-Rusiya sanksiyalar paketini hazırlayır.
"Operativ Media" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
"Mən əvvəldə sanksiyalar haqqında danışdım. Bəli, biz Rusiyaya qarşı 15-ci sanksiyalar paketini hazırlayırıq. Biz sanksiyalardan yayınmasına qarşı mübarizəni gücləndirməliyik", - deyə o bildirib.