13.Noyabr.2024, 17:44
Hesablama Palatasının sədri INTOSAI-nın növbəti dövr üçün sədri ilə görüşüb
Hesablama Palatasının sədri INTOSAI-nın növbəti dövr üçün sədri ilə görüşüb şəkil
Hesablama Palatasının sədri INTOSAI-nın növbəti dövr üçün sədri ilə görüşüb

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə səfərdə olan Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatına (INTOSAI) hazırda rəhbərlik edən Braziliya Ali Audit Orqanının (AAO) – Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqo Filhonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Operativ Media" bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, V.Gülməmmədov qurumun ümumi fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib. Sonra o, Vital do Reqonu növbəti dövr üzrə Braziliya AAO-nun sədri olaraq INTOSAI-a rəhbərlik etməsi ilə əlaqədar təbrik edib və qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və inkişafı üçün mövcud imkanlardan bəhs edib.

Eyni zamanda, ölkəmizdə bu günlərdə keçirilən COP29-un əhəmiyyətindən danışan sədr ali audit orqanlarının iqlim fəaliyyətinə diqqətin artırılmasının vacibliyini vurğulayıb və İqlim Skaneri təşəbbüsünə toxunub. O, bu kimi diaqnostik alətlərin gələcəkdə ətraf mühitlə bağlı məsələlərə müsbət töhfəsinin olacağına inandığını bildirib.

Daha sonra INTOSAI-a növbəti dövr üçün rəhbərlik edəcək Vital do Reqo Filho nümayəndə heyəti adından bu səfər zamanı göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, qonaqpərvər ev sahibləri və hörmətli tərəfdaşlarla əhatə olunmuş bu gözəl ölkədə olmaq həqiqətən çox xoşdur.

Çıxışında İqlim Skaneri təşəbbüsündən danışan Vital do Reqo Filho 141 ölkənin AAO-nun iştirakı ilə keçirilən qlobal ekoloji audit layihəsinin ilkin nəticələrinin COP29 çərçivəsində 14 noyabr tarixində keçiriləcək “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə açıqlanacağını bir daha vurğulayıb. O, enerji keçidi məsələləri ilə bağlı hökumət tədbirlərinin monitorinqi və qiymətləndirilməsində digər AAO-lara dəstək olmaq üçün Braziliya AAO-su tərəfindən hazırlanmış Enerji Keçidlərinin Auditi Təlimatını Hesablama Palatasının sədrinə təqdim edib, qeyd edib ki, İqlim Skaneri ilə yanaşı, bu təlimat ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayacaq.

Daha sonra görüşdə Hesablama Palatasının fəaliyyəti, kənar dövlət maliyyə nəzarəti tədbirləri, informasiya sistemləri barədə təqdimatlar edilib, INTOSAI-ın digər təşəbbüsləri barədə müzakirələr aparılıb.

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır