http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

COP29-da SOCAR-ın metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində fəaliyyəti barədə məlumat verilib

13 Noyabr 2024 , 17:47
COP29-da SOCAR-ın metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində fəaliyyəti barədə məlumat verilib

COP29 çərçivəsində Mavi Zonada “Metan və qeyri-CO2 istixana qazları” mövzusunda sammit keçirilib.

SOCAR-dan "Operativ Media"ya bildirilib ki, sammitin plenar iclasında çıxış edən qurumun vitse-prezidenti Əfqan İsayev metan və qeyri-CO2 emissiyalarının azaldılması sahəsində şirkətin fəaliyyəti, bu istiqamətdə tətbiq olunan qabaqcıl texnologiyalar və həll yollarına dair tədbir iştirakçılarına ətraflı məlumat verib.

Vitse-prezident SOCAR-ın fəaliyyət sahələrində metan emissiyalarının ölçülməsi və inventarlaşdırılmasının beynəlxalq standartların tələblərinə uyğun olaraq həyata keçirildiyini qeyd edib. Belə ki, “GHGSat” şirkəti ilə əməkdaşlıq çərçivəsində SOCAR-ın neft-qaz əməliyyatı sahələrində emissiyalarının müəyyənləşdirilməsi məqsədilə peyk monitorinqlərinin aparılmasına başlanılıb. Həmçinin “TotalEnergies” şirkəti ilə partnyorluq çərçivəsində AUSEA texnologiyasından istifadə etməklə dron ölçmələri həyata keçirilir.

Bunlardan başqa, istehsalat sahələrində instrumental alət və cihazlar vasitəsilə yerində ölçmələr də aparılır. Həm peyk, həm dron, həm də yerində ölçmələr zamanı əldə olunan göstəricilər süni intellektə əsaslanan “Metan AI” alətində operativ şəkildə emal olunmaqla və təfərrüatlı təhlili aparılmaqla emissiya mənbələrinin ləğvinə dair tədbirlər görülür.

Əfqan İsayev metan emissiyalarının azaldılması istiqamətdə səmərəliliyin artırılması, bu sahədə fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, habelə effektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə SOCAR-ın MGP və OGCI kimi təşkilatlar ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Qeyd olunan fəaliyyətlər SOCAR-ın metan emissiyalarının azaldılması sahəsində məqsədyönlü fəaliyyətinin göstəricisidir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb

Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Azərbaycan və Böyük Britaniya vergi sahəsində məlumat mübadiləsini müzakirə edib

Azərbaycan və Böyük Britaniya vergi sahəsində məlumat mübadiləsini müzakirə edib

XƏBƏR LENTİ
  • 20:57

    Rus qoşunları Xarkovda üç istiqamətdə hücuma keçib
  • 20:34

    Amerika Ukraynaya yeni yardım paketi ayıracaq
  • 20:28

    Azərbaycan millisi Rusiyaya yenə məğlub oldu
  • 20:24

    Putin: Maaşlar gəncləri elmə həvəsləndirmək üçün vacibdir
  • 20:19

    "Qalatasaray"ın hücumçusu əməliyyat olundu
  • 20:13

    Ərdoğan: Türkiyə Suriyada baş verənləri yaxından izləyir
  • 20:06

    Azərbaycan və BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 80 milyon dolları ötüb
  • 20:03

    Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir
Menyu