http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Macarıstan Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyünü dəstəkləyir

23 Yanvar 2023 , 22:59
Macarıstan Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyünü dəstəkləyir

Macarıstan Prezidenti Katalin Novak ölkəsinin Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini qeyd edib.

"Operativ Media" xəbər verir ki, Novak rəsmi səfəri çərçivəsində Budapeştdə olan Serb üzvü, Bosniya və Herseqovina Prezident Şurasının sədri Zeljka Cvijanovic ilə görüşüb, daha sonra birgə mətbuat konfransı keçirib.

Macarıstanın Qərbi Balkan ölkələrinin ən yaxşı dostu olduğunu qeyd edən Novak, Bosniya və Herseqovinanın 2022-ci ilin dekabrında Aİ-yə namizəd ölkə statusunu almasının sevindirici olduğunu və prosesin ləngimədən davam etməsi lazım olduğunu bildirib.

Qərbi Balkan ölkələrinin hər zaman Macarıstana arxalana biləcəyini ifadə edən Novak, Macarıstanın məqsədinin Bosniya və Herseqovinanın AB üzvlük prosesini sürətləndirmək olduğunu bildirib.

Novak görüşdə Rusiya-Ukrayna müharibəsinin də müzakirə edildiyini, həm ölkəsinin, həm də Bosniya və Herseqovinanın Rusiyanın təcavüzünü pislədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR
Hakan Fidan ABŞ-də səfərdədir

Hakan Fidan ABŞ-də səfərdədir

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb

Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb

İranda güclü zəlzələ olub - YENİLƏNİB

İranda güclü zəlzələ olub - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:22

    Muxtar Babayev BMT Baş katibinin müavini ilə görüşüb
  • Dünən
    22:35

    Qobustan qəsəbəsində yanğın baş verib
  • Dünən
    22:23

    Azərbaycan PL-də 7-ci tura yekun vurulub
  • Dünən
    21:35

    Hakan Fidan ABŞ-də səfərdədir
  • Dünən
    21:12

    Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb
  • Dünən
    20:20

    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
    Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb
  • Dünən
    20:09

    İranda güclü zəlzələ olub - YENİLƏNİB
  • Dünən
    20:02

    Azərbaycan PL: "Sabah" "Səbail"i məğlub etdi
Menyu