http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

İranın xilas yolu - ŞƏRH

24 Yanvar 2023 , 09:30
İranın xilas yolu - ŞƏRH

İran dövlət olaraq qədim tarixə malikdir. Amma bu ölkə ABŞ, Çin kimi öz sərhədləri daxilində dövlət qurmayıb. Qurduqları dövlət başqasının hesabına olub. Həmçinin mollalar şahlardan oğurluq edib. Hesab-kitab aparanda bir çox mətləblər ortaya çıxır.

İranın siyasətində hansı mətləblər var?

 

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin İrana səfəri yada tarixi faktları salır. İlin, günün bu vaxtında, dünyanın qarışıq olduğu vaxtda İrana səfər düşündürücüdür. Gizli və ya aşkar, İran işğalçıdır. Aşkardır ki, ölkə hətta tarixən qonşu ölkələrə qarşı işğalçılıq siyasəti aparıb. İşğalçılıq siyasəti zamanı tökdüyü qanları 1-ci və 2-ci İran – Rusiya müharibəsinin tarixi faktları sübut edir. İran bu müharibələrdə Azərbaycan torpaqlarını döyüş meydanına çevirəndə azərbaycanlıların evləri, təsərrüfatları , varı – yoxu qoşunların tapdağı altında qalıb. Azərbaycan ərazisini poliqona çevirib. Sonra da ərazisinə qatıb. Gülüstan diyar olan Azərbaycanı “Gülüstan"la bölüb. Dediyim hadisələr 19-cu əsrə təsadüf edir. İranlılar və azərbaycanlılar o dövrdə artıq İslam dinini qəbul etmişdilər. Amma İran üçün İslam dini Azərbaycan və azərbaycanlıların düşündüyü kimi barışıq və mərhəmət dini deyil. Onlar islam bayrağını pərdə kimi istifadə edir. Pərdə arxasında qanlar axıtsın deyə. Tarixi proseslər dəyişdikcə bu tip pərdələr də cırılır və aydın olur ki, pak, təmizlik, əxlaq ancaq dillərində mövcuddur. Çünki, cani dildən bağlı olduqları ermənilər və başqa əlbir olduqları xalqlar var.

İran siyasətində qonşu dövlətlərə qarşı ayrı -seçkilik nədən yaranır?

Dırnaqarası Ağayi Mollaların başı belə bir sistemlə işləyir: ermənilər və ruslar dostdurlar. Türkiyə və Azərbaycan isə düşməndir. Onlara görə Azərbaycanı bölmək, ermənilərə isə ərazi vermək olar. Bəli, səhv deyil. Əgər ermənilərin Qarabağın işğalı zamanı məscidləri murdarlamasına sakit və normal yanaşılırsa, onda İran İslam ölkəsi deyil. Respublikanın adındakı İslam adı bayaq dediyim pərdələrdəndir, pərdələnmə üçün istifadə edilir. Birdəfəlik istifadə üçün yararlı olan sülhdən uzaq ermənilər də özlərini bu pərdə altında toxunulmaz hesab edir. Amma Zəngəzur dəhlizinin bu pərdəni ikiyə böləcəyini hesaba almırlar. Tarixi reallıq hazırda elədir ki, bu erməni – iranlı pərdəsini dua da qorumayacaq.

Güclü qonşuları – Türkiyə və Azərbaycanla əlaqələri qurmaq yerinə Rusiya tərəfə boylanan əmmaməli başlar yenə də hər cür əmələ qol uzadır. Rusiyaya Ukraynadakı işğalçılıq siyəsətində namazda dua üçün uzanan əllər kömək edir. Rəsmi şəxslərini ölkələrinə çağırır. Azərbaycan başı üzərindən işlər görməyə cəhdlər edir. Cəhdlər Azərbaycan müstəqillik qazandıqdan bəri uğursuz olub, tarixi şərait də elədir ki uğursuz da olacaq. Çünki Azərbaycan tarixinin ən güclü dönəmlərini yaşayır. 

Nəticə və çıxış yolu

İran yaşamaq istəyirsə, Azərbaycanla dil tapmalıdır. Regionda Azərbaycansız heç nə mümkün deyil. Mümkün olmayanı Allah edə bilir, O da İranın yanında deyil. İranın bel bağladığı “yanlardır” və digərləridir. Onların da beli qırılıb, mərsiyələri çatmır.

Samir Cabbarov – Operativ Media.

OXŞAR XƏBƏRLƏR
Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir

XƏBƏR LENTİ
  • 01:42

    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
    Paşinyan: Azərbaycanla sülhə nail olmaq üçün Konstitusiyanı dəyişdirməyə hazırıq
  • 01:31

    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
    AL: "Qarabağ" "Tottenhem"ə məğlub oldu
  • 00:00

    Azərbaycanda Anım Günüdür
    Azərbaycanda Anım Günüdür
  • Dünən
    23:30

    Blinken: Sülh sazişi regiona sabitlik və rifah gətirəcək
  • Dünən
    23:14

    Netanyahu: İsrail hədəflərinə çatana qədər Hizbullaha güclü hücum edəcək
  • Dünən
    22:46

    "Tottenhem" - "Qarabağ" matçının vaxtı dəyişdirildi
  • Dünən
    22:29

    Ərdoğan: Ermənistan Azərbaycanla sülh müqaviləsində Türkiyədən dəstək gözləyir
  • Dünən
    22:27

    "Tottenhem" - "Qarabağ" oyununun heyətləri bəlli oldu
Menyu