http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Türkiyənin məşhur şirkəti Azərbaycanda - FOTOLAR

24 Yanvar 2023 , 11:15
Türkiyənin məşhur şirkəti Azərbaycanda - FOTOLAR

Türkiyənin məşhur “Atış” şirkətlər qrupu Bakıda fəalliyyətə başlayır. 

"Operativ Media" xəbər verir ki, 17 ildir inşaat, turizm, mədəniyyət, səhiyyə, daşınmaz əmlak və digər sektorlarda uğur qazanan şirkətin rəhbər heyəti Bakıya təşrif buyurub. 5 qitənin 14 ölkəsində layihələr icra edən şirkət paytaxtımızda tanışlıq və təqdimat gecəsi keçirib. İş adamları və investorların bir araya gəldiyi Türkiyə-Azərbaycan dostluq gecəsi şəhidlərin ruhunun bir dəqiqəlik sükutu və dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbirdə söz alan şirkət nümayəndələri gələcəkdə həyata keçiriləcək layihələrdən söz açaraq Azərbaycanda uğurlu işlər görəcəklərinə inandıqlarını bildiriblər. “Atış Yapı Group”un rəhbəri Ahmet Atış 2023-cü ilin ilk tədbirini Azərbaycanda keçirdiklərini bildirərək ölkəmizin investisiya imkanlarını yüksək qiymətləndirib. 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçının və millət vəkili Qənirə Paşayevanın da iştirak etdiyi işgüzar tədbirin rəsmi hissəsindən sonra bədii hissəsi başlayıb. Əməkdar artist Şəhriyar İmanovun ifası tədbir iştirakçılarına unudulmaz dəqiqələr yaşadıb.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 11:50

    Rusiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib
  • 11:32

    Azərbaycan XİN Maltanı təbrik edib
  • 11:25

    ÇL: Həftənin oyunçusu məlum oldu
  • 11:15

    Prezident İlham Əliyev Malta Respublikasının Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • 11:08

    Şəmkirdə qanunsuz tikili sökülüb
  • 10:41

    Son sutkada Qəzzada 44 nəfər həlak olub
  • 10:36

    Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
Menyu