http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

TBMM-nin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

01 Fevral 2023 , 14:30
TBMM-nin nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Fevralın 1-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən xəbərə görə, nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı üzərinə tər güllər düzüblər.
Sonra nümayəndə heyəti, Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə gül dəstələri qoyulub.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər müşayiət ediblər.

OXŞAR XƏBƏRLƏR
TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib

XƏBƏR LENTİ
  • 23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • 23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • 22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • 22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • 21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • 21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • 21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
  • 21:05

    Lavrov suriyalı həmkarı ilə görüşüb
Menyu