http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sabah Azərbaycan qazının Avropadan yeni alıcıları məlum ola bilər - EKSPERT

02 Fevral 2023 , 12:15
Sabah Azərbaycan qazının Avropadan yeni alıcıları məlum ola bilər - EKSPERT

Fevralın 3-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının 9-cu iclası əvvəlkilərdən kifayət qədər fərqli olacaq. 

Bunu Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələri üzrə ekspert İlham Şaban "Operativ Media"ya açıqlamasında bildirib.

Ekspert qeyd edib ki,  əsas mövzu Azərbaycanda qaz hasilatı, Azərbaycanın qaz resursları, onların bazarlara çıxarılması və nəqli imkanlarıdır. 

“Ancaq məhz bu toplantıda hesab edirəm ki, Avropadan Azərbaycan qazının yeni alıcıları, hansı həcmdə qaz almaları və Azərbaycan Prezidentinin Budapeştdə son səfəri zamanı açıqladığı bir sıra məqamlara işıq salınacaq. Yəni, cənab Prezident qeyd eləmişdi ki, biz Avropanın vaxtilə, uzun müddət bu layihə üzərində işlədiyi, ancaq həyata keçirə bilmədiyi Nabucco layihəsini canlandırırıq. Həqiqətən də Azərbaycan qazının alıcıları içərisində Şərqi Avropa və Mərkəzi Avropa ölkələri üstünlük təşkil edərsə, bu o deməkdir ki, Azərbaycan qazının Avropaya çıxarılacağı əlavə qaz həcmlərinin əsas hissəsi də məhz vaxtilə 2013-cü ildə kommersiya cəhətdən baş tutmamış, yəni o zaman cəlbedici olmamış Nabucco-West  layihəsi üzrə hərəkət edəcək. Təbii ki, burada Cənub Qaz Dəhlizi  Məşvərət Şurasının 9-cu toplantısında Avropa Enerji Komissarının şəxsən özünün iştirak etməsi bu tədbirin Azərbaycanın nə qədər Avropanın enerji təhlükəsizliyi üçün verəcəyi töhfəni göstərir”.  
 

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu