http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 2024-cü ildə başa çatdırılacaq

02 Fevral 2023 , 14:55
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi 2024-cü ildə başa çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilir ki, layihə üzrə yolun son 7 km-lik hissəsində 3 viaduk (dərə üzərində körpü) və 3 tunelin tikintisi üzrə əsas işlər yekunlaşıb. Hazırda həm viaduklarda həm də tunellərdə son tamamlanma işləri icra olunur. Viadukların tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüştürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib.

Sözügedən 3 viaduk (şərti – V6, V7 və V8 viadukları) Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 78,7-79,7-ci km-lik hissəsində inşa olunub. V6 viadukun ortalama uzunluğu 345 metr (sol-300 m, sağ-390 m), V7 viadukun ortalama uzunluğu 182,5 metr (sol-175 m, sağ-190 m), V8 viadukun ortalama uzunluğu 392,5 metrdir (sol-410 m, sağ-375 m).

Tikintisi yekunlaşan 3 tunel isə (şərti – T4, T5 və T6 tunelləri) yolun 77.4-80.3-cü km-lik hissəsində inşa olunub. T4 tunelinin ortalama uzunluğu 540 metr (sol-570 m, sağ-510 m), T5 tunelinin ortalama uzunluğu 455 metr (sol-431 m, sağ-476 m), T6 tunelinin ortalama uzunluğu 513 metrdir (sol-526 m, sağ-500 m).
Layihə üzrə yolun sözügedən hissəsində suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü 4 dairəvi suötürücü boru, 10 düzbucaqlı su keçidi, 1 alt keçid və 3 ehtiyat keçidi inşa edilib.

“İnşaat Norma və Qaydaları”na uyğun layihə çərçivəsində yol oxunun keçdiyi qazma hissələrdə yamacın dayanıqlığının saxlanılması üçün ümumi uzunluğu 6150 metr olan daş və geodivarın, həmçinin və drenaj kanallar üçün ümumi uzunluğu 12 210 metr beton küvetlərin tikintisi, aşınma layına qədər asfakt-beton örtüyünün döşənməsi işləri də yekunlaşıb.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun digər hissələri üzrə tikinti işləri tərtib olunmuş qrafikə uyğun sürətlə və keyfiyyətlə davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu