http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - YENİLƏNİB

03 Fevral 2023 , 14:15
İlham Əliyev İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.

"Operativ Media" xəbər verir ki, dövlət başçısı 2020-ci ildə İtaliyaya dövlət səfərini, həmçinin ötən ilin sentyabrında rəsmi səfərini xatırlayıb, İtaliyanın Prezidenti və digər yüksək rəsmi şəxsləri ilə görüşlərini məmnunluqla qeyd edib. Prezident İlham Əliyev imzalanmış sənədlərə əsasən Azərbaycan-İtaliya əməkdaşlığının strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyini bildirib, ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu deyib.

İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın yalnız enerji sahəsini deyil, çox geniş sahələri əhatə etdiyi bildirildi, elm və təhsil sahəsində əməkdaşlıq xüsusi qeyd olundu. Diqqətə çatdırıldı ki, ADA Universiteti ilə İtaliya universitetləri arasında imzalanmış sənədə uyğun olaraq, Bakıda İtaliya-Azərbaycan Universitetinin açılması mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İtaliya şirkətlərinin fəal çalışdıqları vurğulandı. Diqqətə çatdırıldı ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma əsasında inkişaf edir. Həmçinin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın vacib komponenti olan TAP layihəsinin əhəmiyyəti qeyd edildi.

İtaliyalı nazir öz növbəsində qəbula görə təşəkkürün bildirdi və Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər toplantısı çərçivəsində aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Nazir ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğuladı, Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığını dedi.

Cilberto Piketto Fratin yaxın gələcəkdə TAP layihəsinin ötürücülük qabiliyyətinin artırılmasının əhəmiyyətini qeyd etdi, İtaliyanın Azərbaycandan qaz idxalının artırılmasında maraqlı olduğunu bildirdi. Qonaq Azərbaycanın böyük bərpaolunan enerji potensialına malik olduğunu deyərək İtaliya şirkətlərinin gələcəkdə bu sahədə də ölkəmizlə əməkdaşlıq etmək niyyətində olduqlarını diqqətə çatdırdı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

***

11:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında iştirak edən İtaliya Respublikasının ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratini qəbul edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu