http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Monteneqro Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

03 Fevral 2023 , 14:31
Monteneqro Baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub

Monteneqro Baş nazirinin müavini və Kapital İnvestisiyalar naziri Ervin İbrahimoviç Azərbaycana səfəri çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə olub.

Mərkəzdən "Operativ Media"ya bildirilib ki, görüş zamanı E. İbrahimoviç Azərbaycan ilə Monteneqro arasındakı dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayıb.

Mərkəzin Baş Katibi reallaşdırılan beynəlxalq layihələr, Qərbi Balkanların Avrointeqrasiyası üzrə keçirilən beynəlxalq konfranslar haqqında qonağa məlumat verib.

O cümlədən, Baş nazir müavininin mart ayında Bakıda keçiriləcək 10-cu Qlobal Bakı Forumunda iştirakı da müzakirə edilib.

Qonağa Mərkəzin nəşri olan “Qələmin sehri – Nizami Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” kitabı təqdim olunub.

Ervin İbrahimoviç Mərkəzin nəzdində yaradılan və Nizami Gəncəvi irsinə aid nadir nüsxələrini, bir sıra dünya ədəbiyyatının tanınmış nümayəndələrinin əsərlərini özündə cəmləşdirən kitabxana ilə də tanış olub.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib

XƏBƏR LENTİ
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:31

    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
    Azərbaycan və BMT arasında əməkdaşlıq müzakirə edilib
  • Dünən
    21:19

    Ceyhun Bayramov Malinin XİN rəhbəri ilə COP29-u müzakirə edib
  • Dünən
    21:07

    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
    Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb
Menyu