http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 16 ° C

Kadri Simson: Aİ Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır

03 Fevral 2023 , 18:48
Kadri Simson: Aİ Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır

Avropa İttifaqı (Aİ) Azərbaycanla enerji sahəsində əməkdaşlığı möhkəmləndirməkdə israrlıdır.

"Operativ Media"  xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.

"Əlbəttə əməkdaşlıq təkcə qaz təchizatı ilə məhdudlaşmalı deyil. Çünki Azərbaycanın bərpa oluna enerji potensialı var və bu porensialdan istifadə edilməlidir. Tədbir çərçivəsində Azərbaycanın külək və günəş enerjisindən istifadə, həmçinin istixana qazlarının atmosferə atılamasının azaldılması ilə bağlı geniş müzakirə aparıldı. Hesab edirəm ki, məşvərt şurası çərçivəsində bizim çox yaxşı iclasımız keçdi.

Mən üçüncü dəfədir ki, Bakıya səfər edirəm və səmimi qəbula görə, cənab Prezident İlham Əliyev və energetika naziri Pərviz Şahbazova təşəkkür edirəm", - K. Simson bildirib.

Onun sözlərinə görə, ötən il Avropa enerji böhranı ilə üzləşdi: "Azərbaycan bu çətin vəziyyətdə Avropaya köməyə gəldi. Biz gördük ki, Avropanın günəş və külək enejisi potensialı azdır. Biz məcbur olduq üzv ölkələrə deyək ki, eneji istismarını azaldın. Azərbaycan da məhz bu çətin məqamda bizə köməyə gəldi və Azərbaycan Avropaya qaz təchizatını 40 %-ə qədər artırdı".

K. Simson vurğulayıb ki, Avropa İttifaqı qarşıdakı illərdə Azərbaycanın qaz təchizatının həcmini iki dəfəyə qədər artırılmasını gözləyir: "Bunu etmək o qədər də çətin deyil. Əslində bunu etmək texniki baxımdan çətin deyil. Çünki biri var yeni kəmər çəkəsən, biri də var ki, sən mövcud kəmərin imkanlarını genişləndirəsən. Hesab edirəm ki, Azərbaycan bunu da bacaracaq".

 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib

Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib

COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb

COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb

XƏBƏR LENTİ
  • 07:04

    Ceyhun Bayramov BMT-də bir sıra görüşlər keçirib
  • 07:03

    COP29-un Prezidenti Britaniyanın dövlət katibi ilə görüşüb
  • 06:53

    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
    Azərbaycanla İndoneziya diplomatlar üçün viza tələbini ləğv edirlər
  • 01:45

    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
    Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbok ilə görüşüb
  • Dünən
    23:15

    TBMM sədri: Netanyahu və dəstəsi bilməlidir ki, masanın üzərinə çəkilmiş xəyali xəritələrin heç bir əhəmiyyəti yoxdur
  • Dünən
    23:00

    İsrailin “Hizbullah”ın hərbi qərargahına hücumu nəticəsində 2 nəfər ölüb, 76 nəfər xəsarət alıb
  • Dünən
    22:24

    TBMM sədri Rusiyada regional mövzuları müzakirə edib
  • Dünən
    22:10

    Dağıstanda yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb - YENİLƏNİB
Menyu