http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman problemi həll olunub

13 Oktyabr 2022 , 15:18
Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman problemi həll olunub

Ölkədə kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman təminatında hazırda problemlərin olması barədə məlumat yayılıb.

"Operativ Media"  APA-ya istinadən xəbər verir ki, nazirlik bununla bağlı dövlət başçısına müraciət edib və Prezidentin müvafiq göstərişinə əsasən, problemin aradan qaldırılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılıb.

“Kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman vasitələri ilə təchizatının təmin edilməsi barədə” Səhiyyə Nazirliyinin 19 noyabr 2021-ci il tarixli 97 nömrəli əmrinə əsasən nazirliyin “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən müvafiq tələbata uyğun olaraq xəstələr üçün lazımi dərman preparatları tender vasitəsi ilə alınıb və Elmi Tədqiqat Pediatriya İnstitutunun nəzdnində olan 6 nömrəli Uşaq Klinik Xəstəxanasına təhvil verilib. Hazırda problem həllini tapıb və dərmanlar kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqlara paylanılır”.

Qeyd edilib ki, kistoz-fibroz xəstəliyindən əziyyət çəkən uşaqların dərman preparatları ilə təminatına dövlət tərəfindən verilməsi ilə bağlı “Kistoz-fibroz xəstələrinə yardım” İctimai Birliyi Səhiyyə Nazirliyinə məktub ünvanlayıb və məsələ həllini tapıb.

OXŞAR XƏBƏRLƏR
Şənbə gününün hava proqnozu açıqlanıb

Şənbə gününün hava proqnozu açıqlanıb

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 13:10

    Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
  • 13:00

    “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası təsis edilib
  • 12:54

    Şənbə gününün hava proqnozu açıqlanıb
  • 12:51

    Rövşən Rüstəmov: Orta Dəhliz üzrə yükdaşımaların həcmində ildə-ilə artım müşahidə olunur
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
Menyu