http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

İlham Əliyev Tokayevlə görüşdü

13 Oktyabr 2022 , 16:12
İlham Əliyev Tokayevlə görüşdü

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı çərçivəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşüb. 

 

"Operativ Media" xəbər verir ki, Tokayev bildirib ki, onun bu yaxınlarda Bakıya səfərinin yekunları Qazaxıstan-Azərbaycan münasibətlərində yeni səhifə açdı.

 

"Səfərinizə və sammitin işində iştirakınıza görə sizə təşəkkür etmək istərdim. Mən ikitərəfli münasibətlərə ayrıca toxunmaq istərdim. Bakıya səfər zamanı göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Danışıqlarımız məhsuldar keçdi və xaricdəki siyasi və iqtisadi dairələrin diqqətini cəlb etdi. Biz Azərbaycanı öz müttəfiqimiz, strateji tərəfdaşımız hesab edirik. Biz həmişə bu xəttə sadiq qalacağıq”, - deyə Kasım-Jomart Tokayev bildirib.

 

Qazaxıstan və Azərbaycan liderləri qeyd ediblər ki, əldə olunmuş razılaşmaların keyfiyyətlə həyata keçirilməsi üçün hökumətlərə bütün zəruri tədbirlərin görülməsi tapşırılıb. 

 

“Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda böyük rol oynayır. İndi bizim gündəmimizdə "Orta Dəhliz" adlanan layihənin inkişafı var. Biz bu formatda işin davam etdirilməsində maraqlıyıq”, - deyə Qazaxıstan dövlətinin başçısı vurğulayıb.

 

İlham Əliyev öz növbəsində sammitə dəvətə və qazax xalqının ənənəvi qonaqpərvərliyinə görə Kasım-Jomart Tokayevə təşəkkür edib. 

 

"Qardaş Qazaxıstana səfər etməyimə çox şadam. Zirvə görüşünün onsuz da yaxşı nəticələrinə görə sizi də təbrik etmək istərdim. Bu, Qazaxıstanın beynəlxalq aləmdə oynadığı rolun və ölkənizin yüksək nüfuzunun növbəti təzahürüdür. İlk növbədə, Heydər Əliyevin xatirəsinə diqqətli münasibətinizə görə Sizə təşəkkür etmək istərdim. Sizin səfərinizdən sonra isə hesab edirəm ki, bizim yaxşı nailiyyətlərimiz və nəticələrimiz var”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Ali Məhkəmənin sədri İnam Kərimov Qırğızıstanda səfərdə olub

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu