http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

“IT Hub Azerbaijan” layihəsinə start verilib

07 Fevral 2023 , 11:23
“IT Hub Azerbaijan” layihəsinə start verilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və “StrategEast” müəssisəsinin birgə əməkdaşlığı ilə “IT Hub Azerbaijan” layihəsinə start verilib.

"Operativ Media" xəbər verir ki, bununla əlaqədar 4SİM-in təşkilatçılığı, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev, Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhbəri Kamola Mahmudova, “StrategEast” müəssisəsinin təsisçisi və prezidenti Anatoli Motkin “IT Hub Azerbaijan” layihəsinin ölkədə İT sahəsində bacarıqlı kadrların hazırlanmasında, xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti olacağını vurğulayıblar. Qeyd edilib ki, layihənin məqsədi ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlb edilməsinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdır.
Tədbirdə 4SİM və “StrategEast” nümayəndələri tərəfindən layihənin müddəti, seçim prosesi, tədris olunacaq dərslər və digər məsələlər barədə təqdimat keçirilib, müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. 
Məlumat üçün bildirək ki, layihə çərçivəsində ilkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur.
Təlimlər beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaqdır.
İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə 7 mart 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər: bit.ly/3X1IXhy

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür

Bakının iki rayonunda qaz olmayacaq

Bakının iki rayonunda qaz olmayacaq

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

Azərbaycandakı xarici diplomatların Kəlbəcər rayonuna səfəri başa çatıb

XƏBƏR LENTİ
  • 00:01

    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
    Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatının ildönümüdür
  • Dünən
    23:18

    Tayvan və Macarıstan Livanda partlayan qurğularla əlaqəni təkzib edib
  • Dünən
    22:58

    UEFA Çempionlar Liqası: Liqa mərhələsinin I turunda daha 2 görüş keçirilib
  • Dünən
    22:33

    Rusiya səfirliyi diplomatların ölkədən çıxarılmasını məntiqli cavab adlandırıb
  • Dünən
    22:26

    Livanda rabitə qurğularında partlayışda ölənlərin sayı 14 nəfərə çatıb - YENİLƏNİB
  • Dünən
    21:54

    Bakının iki rayonunda qaz olmayacaq
  • Dünən
    21:25

    Netanyahu Livandakı hadisələrdən sonra ilk açıq bəyanatını verib
  • Dünən
    21:00

    İsrail BMT Baş Assambleyasının qətnaməsini rədd edib
Menyu