http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

Bakıda “Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu” keçirilib

08 Fevral 2023 , 11:01
Bakıda “Sosial Sahibkarlıq üzrə Beynəlxalq Qadınlar Forumu” keçirilib

8 fevral 2023-cü il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva,  KOBİA İH sədri Orxan Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova , Azərbaycan Sahibkarlar Konfederasiyası prezidenti Məmməd Musayevin iştirakı ilə forum baş tutub.

"Operativ Media" xəbər verir ki, açılış nitqində Səkinə Babayeva bildirib ki, bu gün bura yığışmağımıza səbəb olan Qadın Sosial Sahibkarlıq Forumu layihəsi isə Mediaost Events und Kommunikation GmbH (Berlin), Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası AWEDA (Bakı), Qadın və Sosial Sahibkarlığın İnkişafı Beynəlxalq Mərkəzi (Moskva) birgə icra etdiyi layihədir və ölkələr arası təfədaşlığın bariz nümunəsidir. AqSİA olaraq bu layihənin tərəfdaşı olmaqdan qürür duyuruq. Beynəlxalq komandada Azərbaycan, Rusiya və Almaniyadan olan 24 sahibkar ictimai faydalı və müxtəlif sahələrdə birgə layihələr üçün ideyalar hazırlamışdır. Bu layihələr cəmiyyət, ekologiya, təhsil, media,mədəniyyət və digər sosial əhəmiyyətli mövzuları əhatə etmişdir. Diqqətinizə çatdırırıq ki, pandemiya dövrünə baxmayaraq biz bu təşəbbüsü göstərdik və bunun üçün prezident administrasiyası və xarici işlər nazirliyinə təşəkkürümüzü bildiririk. Bu layihələr BMT-nin Dayanaqlı İnkişaf məsqədlərinin 4-cü bəndi – Keyfiyyətli təhsil, 7-ci bəndi – Sərfəli və təmiz enerji və 17-ci bəndi- Məqsədlər üçün tərəfdaşlıq bəndinə əsaslanır.
Qeyd etmək istərdim ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir və bu da 3 ölkə arasında iqtisadi əlaqələrin inkişafına böyük töhfə olacaq.

Forumda çıxış edən ombudsman Səbinə Əliyeva Anna Leonenko (Mediaost) planlaşdırılan layihələrin çoxunun həyata keçiriləcəyinə əmin olduğunu bildirib. "Tamamilə yad insanların yaxınlaşması, birləşdirici prinsip axtarışı və yeni ideyaların, layihələrin, dostluğun, tərəfdaşlığın yaranmasının yaradıcı prosesini izləmək heyrətamiz hissdir! Bəzi layihələr kommersiya əsası ilə istifadəyə verilməyə hazırdır, digərləri isə maliyyələşməyə təqdim olunur. Onların həyata keçirilməsi dünyanı bir az da yaxşılaşdıracaq, biz buna əminik” - Ümumilikdə foruma 200-dən çox iştirakçı qatılıb.
Rəsmi hissədən sonra forum müxtəlif mövzularda master-klasslar, panellərlə davam edib.
Forumda təqdimatlardan əlavə, şəbəkələşmə platforması, Azərbaycanın işgüzar dairələri və qadın təşkilatlarının nümayəndələri ilə görüşlər, ölkədə sahibkarlara dəstək üzrə dövlət proqramlarının təqdimatı keçirilib. Qadın sahibkarlığı üzrə cari seminarların cədvəlinə aşağdakı mövzular daxil olub: 
•    startaplar üçün investisiyaların tapılması, sosial faydalı layihələr üçün qrant maliyyələşdirilməsi, 
•    internetdə biznes layihələri, sosial şəbəkələrdə malların/xidmətlərin təşviqi üçün onlayn marketinq. 
•    Həmçinin komanda işgüzar oyunları və master-klasslar keçirilib. 
•    Anna Leonenko “Əcnəbilər üçün Almaniyada iş tapmaq və biznes yaratmaq” mövzusunda master-klass keçirib; 
•    Naida İvazoviç (Almaniya) “Weiberwirtschaft”ın biznes konsepsiyasının təqdimatı ilə onlayn yayım keçirib.
•    Forumda həmçinin sosial sahibkarlara peşəkar inkişaf, şəxsi inkişaf, biznes emiqrasiyası və s. sahələrdə öz xidmətlərini təklif etməyə hazır olan məsləhətçilərin yarmarkası keçirilib.


Qeyd edək ki, layihə Almaniya Xarici İşlər Nazirliyi tərəfindən “Şərq Tərəfdaşlığı və Rusiya proqramı” çərçivəsində dəstəklənir. 
Forumun növbəti günündə əsas məqsədi layihələrin dayanıqlılığını təmin etmək üçün konsultant yarmarkası keçiriləcək. 
 

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu