http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Dövlət Xidməti "Apple" loqosundan qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir

13 Fevral 2023 , 12:30
Dövlət Xidməti "Apple" loqosundan qanunsuz istifadənin dayandırılmasını tövsiyə edir

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olmuş müracətlərin araşdırılması zamanı bəzi sahibkarlıq subyektləri tərəfindən reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verilməsi əlamətləri aşkar olunub.

Qeyd edək ki, “Apple” loqosunun təsviri, habelə “Apple” və “İphone” sözləri beynəlxalq əmtəə nişanı kimi “Apple Inc.” şirkətinin adından müvafiq qaydada qeydiyyata alınıb və Azərbaycan Respublikasının ərazisində qüvvədədir. Həmin əmtəə nişanları Azərbaycan Respublikasında qanunvericiliklə qorunur. Reklamlarda bu əmtəə nişanlarından yalnız əmtəə nişanının sahibinin razılığı ilə istifadə edilə bilər.

Dövlət Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, sahibkarlara reklamlarda “Apple” loqosunun təsvirindən, habelə “Apple” və “İphone” əmtəə nişanlarından qanunsuz istifadənin dayandırılması tövsiyə olunur.

Xatırladaq ki, “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, digər bazar subyektinin əmtəə nişanından qanunsuz istifadə edilməsi haqsız rəqabət hesab olunur və buna görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR
SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Çin arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi müzakirə olunub

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu