http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Baş prokuror Latviyada işgüzar səfərdə olub - FOTO

22 Fevral 2023 , 14:26
Baş prokuror Latviyada işgüzar səfərdə olub - FOTO

Fevralın 21-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Baş prokuroru Yuris Stukansın dəvəti ilə Riqada işgüzar səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, nümayəndə heyəti ölkəmizin Riqadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, Ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra Baş prokurorluqda ikitərəfli görüş keçirilib. Azərbaycanlı həmkarını salamlayan Baş prokuror Yuris Stukans, ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin son illər ərzində inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb. 

Kamran Əliyev qonaqpərvərliyə görə təşəkkürünü bildirərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Latviyanın siyasi rəhbərliyinin səyləri nəticəsində ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini məmnunluqla vurğulayıb.

Baş prokuror Azərbaycan və Latviya arasında yüksək strateji tərəfdaşlıq əlaqələri kontekstində prokurorluqlar arasında əməkdaşlığın müsbət dinamikasını qeyd edib, cinayətkarlığa, o cümlədən korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizənin və əmlakın bərpası sahəsində birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.

Görüşdə ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində prokurorluqlarımız arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd edilib. Qarşılıqlı təlimlərin təşkil olunması  və əlaqələrin inkişaf etdirilməsi məqsədilə qurumlar arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması müzakirə olunub. Həmçinin konkret cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların icrası ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Baş prokuror Latviyanın Korrupsiyanın Qarşısının Alınması və Korrupsiyaya qarşı Mübarizə Bürosunun (KNAB) rəhbər heyəti ilə görüşərək korrupsiyanın qarşısının alınması, bu sahədə törədilmiş cinayətlərin istintaqı, maarifləndirmə və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşlərdə ölkəmizin Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu