http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

XİN: Beynəlxalq təşkilatlar Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşır

23 Fevral 2023 , 12:24
XİN: Beynəlxalq təşkilatlar Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulması təklifinə müsbət yanaşır

Cənab Prezident tərəfindən Münxen Təhlükəsizlik Konfransında xüsusi qeyd edilmiş Laçın yolunda sərhəd nəzarət-buraxılış məntəqələrinin qurulması, iki ölkə arasında etimad quruculuq fəaliyyəti istiqamətində ciddi addım atılması, eyni zamanda, bu yoldan istifadənin tam şəffaf şəkildə üçtərəfli bəyanatın məqsəd və məramlarına uyğun olaraq, təmin edilməsi barədə təklif irəli sürülüb.

"Operativ Media" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarı ilə bağlı keçirilən brifinqdə deyib.

“İlkin təmaslardan aldığımız nəticə ondan ibarətdir ki, beynəlxalq təşkilatlar bu təklifə müsbət yanaşır və mahiyyətini anlayırlar. Laçın yolundan şəffaf şəkildə istifadə edilməsi və Ermənistan tərəfindən son 2 ildən artıq müddətdə sui-istifadə hallarının qarşısının alınması ilə bağlı mövqe kifayət qədər anlaşılandır. Təəssüf ki, Ermənistan tərəfindən bu təklifə verilən ilkin rəy kifayət qədər mənfi olub. Hesab edirik ki, Ermənistan yenə üçtərəfli bəyanata zidd olaraq dəhlizdən qanunsuz şəkildə istifadədə maraqlıdır”, - nazir müavini qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu