Kaya Kallas və Abbas Araqçi arasında telefon danışığı olub
Nərmin Qocamanlı
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığında İranın xarici işlər naziri üç Avropa dövlətinin (Birgə Hərtərəfli Fəaliyyət Planı) JCPOA üzrə mübahisələrin həlli mexanizmindən qanunsuz istifadəsini qınayaraq bunun diplomatiyanı çətinləşdirdiyini bildirib və Tehranın müvafiq cavab tədbirləri görəcəyini vurğulayıb. Kaya Kallas isə diplomatik həll yolunun vacibliyini qeyd edib, dialoqun davam etdirilməsi üçün vasitəçilik etməyə hazır olduğunu deyib.
Teqlər:
"Kaya Kallas v\u0259 Abbas Araq\u00e7i aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"