Özbəkistan və Belarus Prezidentləri telefon danışığı aparıb
Nərmin Qocamanlı
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı, Özbəkistan-Belarus çoxşaxəli tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 30 faiz artıb.
Özbəkistan və Belarus liderləri qarşıdakı ikitərəfli görüş və tədbirlər planını da nəzərdən keçiriblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net