İranın yeni səfiri: Ümid edirəm ki, iki ölkə və xalqın getdikcə yaxınlaşmasının şahidi olacağıq
Əziz Əzizli
İranın Azərbaycandakı yeni səfiri Müctəba Dəmirçilu onun qarşısında qoyulan vəzifələri açıqlayıb.
Operativ Media xəbər verir ki, diplomat bu barədə AzTV-yə müsahibəsində deyib.
O bildirib ki, münasibətlərin gələcəyi ilə bağlı nikbindir: "Yeni səfir təyin olunanda ona göstəriş verilir ki, iki ölkə arasında əlaqələri dərinləşdirmək lazımdır. Bu dəfə nail olmaq üçün biz yeni layihələr ortaya qoymalı və keçmiş layihələrin icrası ilə məşğul olmalıyıq. Bu baxımdan mənə göstəriş verilib ki, müxtəlif sahələrdə bütün səy və bacarığımı ortaya qoymalıyam. Odur ki, çox nikbinəm. Ümid edirəm ki, iki ölkə və xalqın getdikcə yaxınlaşmasının şahidi olacağıq".
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma