Tramp: ABŞ Ukraynaya dəstək üçün vəsait xərcləməyəcək

Əziz Əzizli
Tramp: ABŞ Ukraynaya dəstək üçün vəsait xərcləməyəcək

Birləşmiş Ştatlar Ukraynaya yardım göstərmək üçün artıq heç bir vəsait xərcləmir və onu birbaşa hərbi texnika ilə təmin etmir.

Operativ Media xəbər verir ki, bunu, ABŞ prezidenti Donald Tramp "The Daily Caller"ə müsahibəsində deyib.

“Biz bu müharibəyə yüz milyardlarla dollar xərclədik. İndi biz NATO-ya avadanlıq satırıq. Mən onları (Şimali Atlantika Alyansının müttəfiqlərini) müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizindən 5 faizinə qədər artırmağa məcbur etdim”, – Vaşinqton administrasiyasının rəhbəri qeyd edib.

“Biz NATO-ya avadanlıq satırıq, Ukraynaya yox”, – o əlavə edib. “Biz müharibəyə daha çox pul xərcləmirik”, – ABŞ prezidenti vurğulayıb.

İyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Kiyevə silah və hərbi texnika ötürməkdə davam edəcək, lakin yalnız Avropa bu cür tədarükləri maliyyələşdirdiyi halda. NATO isə prosesi koordinasiya edəcək./

Digər xəbərlər