Almaniya kansleri qadınların da hərbi xidmətə cəlb oluna biləcəyini istisna etmir

Əziz Əzizli
Almaniya kansleri qadınların da hərbi xidmətə cəlb oluna biləcəyini istisna etmir

Almaniya kansleri Fridrix Merz gələcəkdə məcburi hərbi xidmətin bərpa olunması ehtimalını istisna etmir və bu, qadınlara da şamil oluna bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Der Spiegel" məlumat yayıb.

Hazırda hökumət könüllülüyə əsaslanan yeni hərbi xidmət modelini tətbiq edir. Lakin bu model ordunun ehtiyaclarını tam şəkildə ödəməsə, məcburi hərbi xidmətin bərpası üçün mexanizmə ehtiyac yaranacaq. Merz vurğulayıb ki, mövcud konstitusiyaya əsasən qadınların hərbi xidmətə cəlb edilməsinə icazə verilməsə də, biz bunu dəyişməliyik. O, 2011-ci ildə hərbi xidmətə çağırışın ləğvini səhv addım kimi qiymətləndirib.

Kansler Bundesverdə şəxsi heyətin sayının artırılmasının zəruriliyini Rusiyadan gələn təhlükə ilə izah edib. Onun sözlərinə görə, Putin Sovet İttifaqını bərpa etməyə çalışır və hətta müasir Almaniya ərazilərinin bir hissəsini də öz məqsədlərinə daxil etməyə cəhd edir. Merzin fikrincə, bu, təkcə sərhədlərə deyil, müdafiəsi vacib olan demokratiyaya təhlükə yaradır.

Nazirlər Kabineti orduda əsgər sayının əsasən könüllülər hesabına on minlərlə artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Bununla belə, qərara alınıb ki, könüllülük modeli kifayət etmədiyi halda, məcburi hərbi xidmətin bərpası mümkün olacaq.

Almaniya konstitusiyasına görə, qadınlar rəsmi şəkildə orduya çağırıla bilməz. Lakin Merz hesab edir ki, bu məhdudiyyətlər yenidən nəzərdən keçirilməlidir.

Digər xəbərlər