Pakistanla Ermənistan diplomatik münasibətlər qurub

Əsəd Abbaslı
Pakistanla Ermənistan diplomatik münasibətlər qurub

Pakistanın Baş nazir müavini və xarici işlər naziri Senator Mohammad Ishaq Dar rəsmi olaraq Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan ilə Birgə Bəyanat imzalayaraq iki ölkə arasında diplomatik əlaqələrin qurulmasına başlanğıc verib.

Operativ Media xəbər verir ki, görüş zamanı iqtisadiyyat, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq imkanları da müzakirə olunub.

Həmçinin, hər iki lider ölkələrinin xalqları üçün sülh, tərəqqi və rifah məqsədilə qarşılıqlı əlaqələrin gücləndirilməsi və ikitərəfli, həmçinin çoxtərəfli forumlarda əməkdaşlıq etmə niyyətlərini ifadə ediblər

Digər xəbərlər