Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə növbəti dəfə veto qoyub

Nərmin Qocamanlı
Hindistan Azərbaycanın ŞƏT-ə üzvlüyünə növbəti dəfə veto qoyub

Hindistan Azərbaycanın ŞƏT-ə üzvlük müraciətini yenidən bloklayıb.

Operativ Media xəbər verir ki, bu barədə "AnewZ" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü dəstəkləsə də, Hindistan yenidən Bakının tamhüquqlu üzvlük təklifini bloklayıb.

Mənbələrin fikrincə, bu addım Azərbaycan və Pakistanın sıx əlaqələri ilə bağlıdır, çoxtərəfli diplomatiya prinsiplərinə və "Şanxay Ruhu" na ziddir, həmçinin Hindistanın məhdud yanaşmasını nümayiş etdirir.

Digər xəbərlər