Menyu

BRICS liderləri sentyabrın 8-də Trampın ticarət siyasətini müzakirə edəcəklər

Əziz Əzizli
BRICS liderləri sentyabrın 8-də Trampın ticarət siyasətini müzakirə edəcəklər

Braziliya prezidenti Luiz İnasio Lula da Silva sentyabrın 8-də ABŞ prezidenti Donald Trampın ticarət siyasətini müzakirə etmək üçün BRİCS liderlərinin görüşünü təşkil edəcək.

Operativ Media xəbər verir ki, bu barədə “Bloomberg“ mənbələrə istinadən məlumat yayıb.

"Luiz İnasio Lula da Silva Donald Trampın ticarət siyasətini müzakirə etmək üçün gələn bazar ertəsi BRİCS liderlərinin virtual görüşünü çağırır", - agentliyin nəşrində deyilir.

Məlumata görə, Braziliya lideri təkcə ABŞ administrasiyasının tarif siyasətini müzakirə etmək deyil, həm də BRİCS-in dövlət başçılarını çoxqütblülük prinsipini dəstəkləməyə çağırmaq niyyətindədir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər