24 Fevral 2023, 07:13
BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edilib
BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edilib şəkil
BMT-də Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edilib

Fevralın 23-də BMT Baş Assambleyası Rusiya-Ukrayna müharibəsi ilə bağlı qətnamə qəbul edib.

"Operativ Media" xəbər verir ki, qətnaməyə səs vermiş 193 ölkədən 141-i Rusiyanı qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən dərhal çıxarmağa çağıran qətnaməni dəstəkləyib.

Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya və Suriya qətnamənin əleyhinə səs verib, 32 ölkə, o cümlədən Ermənistan, Hindistan və İran isə bitərəf qalıb.

Ukrayna Prezidenti Vladimir Zelenski qətnaməyə səs verən ölkələrə təşəkkürünü bildirib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, Baş Assambleyanın iclasında qəbul edilən qətnamələr məcburi xarakter daşımır.

Son xəbərlər
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub
Rusiya və Ukrayna arasında hərbi əməliyyatlar yenidən başlayıb
"Araz-Naxçıvan"ın zədəliləri qayıtdı