Samir Şərifov Ukrayna səfiri ilə görüşüb
Şəfa Hüseynli
Azərbaycan Xarici işlər nazirinin müavini Samir Şərifov Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevlə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə səfir "X"də paylaşım edib.
"Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov ilə məhsuldar görüş və səmərəli müzakirə apardıq. Azərbaycanın humanitar yardımının yeni partiyası - enerji avadanlığı artıq Ukraynaya çatdırıldığı üçün minnətdarıq. Strateji tərəfdaşlığımızı daha da gücləndirmək üçün birgə addımlar barədə razılığa gəldik",-diplomat əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net