Menyu

Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Şəfa Hüseynli
Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb.

Bu barədə  Operativ Media-ya Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

 Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında 32 il öncə diplomatik münasibətlərin yaradılmasından keçən dövr ərzində ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdırıldığını, hazırda isə müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.

Görüşdə ölkələrimiz arasında parlamentlərarası əlaqələrin hazırki səviyyəsi yüksək qiymətləndirilərək, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolu və parlament dostluq qruplarının fəaliyyəti vurğulanıb. Spiker Sahibə Qafarova İordaniya parlamentinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

Görüşdə Sahibə Qafarova Azərbaycanla Ermənistan arasında sülh prosesinin gedişi, İordaniya və Azərbaycan parlamentlərinin beynəlxalq təşkilatlarda əməkdaşlığı barədə fikirlərini bölüşüb, səfirə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər