Menyu

Rusiya XİN: AZAL təyyarəsinin qəzası ilə bağlı 11 milyon dollar sığorta ödənişi edilib

Əsəd Abbaslı
Rusiya XİN: AZAL təyyarəsinin qəzası ilə bağlı 11 milyon dollar sığorta ödənişi edilib
1 dəq oxu

25 dekabr 2024-cü il tarixində Aktau yaxınlığında baş vermiş AZAL təyyarəsinin qəzası ilə əlaqədar ümumilikdə 11 milyon ABŞ dolları (358,4 milyon rubl) məbləğində sığorta ödənişləri həyata keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Bildirilib ki, qəzada xəsarət alan sərnişinlərə və həlak olanların ailələrinə sığorta ödənişləri tam şəkildə təmin olunub.

Əlaqəli Xəbərlər