KİV: Si Cinpin sentyabrın 8-də BRİKS sammitində iştirak edəcək
Əziz Əzizli
Çin Xalq Respublikasının sədri Si Cinpin BRİKS-in sentyabrın 8-nə planlaşdırılan videokonfrans vasitəsilə fövqəladə sammitində iştirak edəcək.
Operativ Media xəbər verir ki, bu barədə Braziliyanın "O Globo" qəzeti Braziliya prezidentinin baş müşaviri Selso Amorimə istinadən məlumat yayıb.
Diplomat Pekinə səfərindən sonra qeyd edib ki, Si Cinpin BRİKS sammitində iştirakını təsdiqləyib. Amorim Çinin xarici işlər naziri Vanq Yi ilə də görüşüb. Tərəflər Çin liderinin Şanxay Əməkdaşlıq Təşkilatının Tiencində keçirilən sammitində elan etdiyi qlobal idarəçiliklə bağlı yeni təşəbbüsü müzakirə ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net