Menyu

ABŞ digər ölkələrə silah satışı siyasətini yeniləyib

Nərmin Qocamanlı
ABŞ digər ölkələrə silah satışı siyasətini yeniləyib

ABŞ prezidenti Co Bayden administrasiyası 1977-ci ildən bəri hər administrasiya tərəfindən yenilənən ABŞ-ın Adi Silahların Transferi Siyasətini yeniləyib.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ administrasiyası silah satışını tənzimləyən Adi Silah Transferi Siyasətini yeniləyərkən, silah satışı ilə bağlı qərar verilən zaman alıcı ölkənin insan hüquqları və demokratik idarəçilik normalarına nə dərəcədə uyğun olduğunun da qiymətləndiriləcəyini açıqlayıb.

Ağ Ev tərəfindən siyasətin yenilənməsi ilə bağlı qurumlara göndərilən sirkulyarda silah satın alan ölkələrin daxili işlərinə insan haqları, qanunun aliliyi, demokratik idarəetmə və hesabatlılıq, habelə ABŞ-ın maraqları və beynəlxalq təhdidlərin diqqətə alınacağı qeyd edilib.

Sirkulyarda qeyd olunub ki, silahların təhvil verilməsi ilə bağlı qərarlarda bu silahların hər hansı insan hüquqları pozuntusunda istifadə edilməsi riski, bu ölkənin siyasi sabitliyi, təhlükəsizlik qüvvələri üzərində effektiv mülki hakimiyyətin mövcudluğu, hökumətin müdafiə satınalmalarında qanunun aliliyi və şəffaflığa sadiqlik nəzərə alınacaq.

Teqlər:

"ABŞ digər ölkələrə silah satışı siyasətini yeniləyib"

Əlaqəli Xəbərlər