Tramp: Tezliklə Qəzza ilə bağlı razılaşma əldə olunacaq
Əziz Əzizli
Tezliklə Qəzza ilə bağlı razılaşma əldə edəcəyik.
Operativ Media-nın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“HƏMAS-la bağlı bəzi məsələlər ortaya çıxdı və biz çox yaxşı ola biləcəyini düşündüyümüz bir həll üzərində işləyirik. Bu barədə çox yaxında eşidəcəksiniz. Biz buna son qoymağa, girovları geri qaytarmağa çalışırıq”,- deyə Tramp bildirib.
Tramp çox yaxşı müzakirələrin baş tutduğunu əlavə edib. Dövlət başçısı Qəzzada saxlanılan israilli girovların azad ediləcəyinə və meyitlərin qaytarılacağına əmin olduğunu bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net