Menyu

Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr aparıb

Əziz Əzizli
Hikmət Hacıyev ABŞ-də sülh gündəliyi barədə geniş müzakirələr aparıb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində və Amerika Yəhudi İcmasının tədbirində iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional məsələlər və qlobal təsirə malik olan sülh gündəliyi barədə müzakirələr aparıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər