Mer Qriqoryan Zəngilana gəlib?
Redaksiya
Keçən həftə Ermənistan və Azərbaycanın baş nazir müavinlərinin nümayəndə heyətləri iki ölkənin sərhədə yaxın ərazilərində – Ermənistanın Syunik vilayəti və Azərbaycanın Zəngilan rayonunda görüş keçiriblər.
Operativ Media xəbər verir ki, bu barədə Ermənistanın baş nazir müavini Mer Qriqoryanın ofisi məlumat yayıb.
Nümayəndə heyətlərinə Ermənistan və Azərbaycanın dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyasının – Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi və Regional İnkişaf Nazirliyinin nümayəndələri daxil olub.
Baş nazir müavininin ofisi qeyd edib ki, komissiyaların növbəti görüşünün vaxtı, yeri və gündəliyi hələ müzakirə mərhələsindədir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net