Lukaşenko və ABŞ prezidentinin nümayəndəsi məhbusların azad edilməsini müzakirə ediblər
Əziz Əzizli
Belarus Prezidenti Aleksandr Lukaşenko və ABŞ prezidentinin nümayəndəsi Con Koul respublikada bir sıra məhkumların azad edilməsi məsələsini müzakirə ediblər.
Operativ Media xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.
“Bu yaxınlarda Trampı dinləyəndə, çox güman ki, sizin təşəbbüsünüzlə başa düşdüm ki, o, özünün dediyi kimi, girovlar, siyasi məhbuslar və digər məsələlərlə bağlı çox narahatdır. Mən bunun əleyhinə deyiləm. Gəlin bu mövzunu qlobal miqyasda da müzakirə edək”, - deyə Lukaşenko vurğulayıb.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma