Menyu

Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Şəfa Hüseynli
Azərbaycan və Serbiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Serbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Operativ Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiya Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviçi qəbul edib.

Görüş zamanı Azərbaycan-Serbiya strateji tərəfdaşlığının müxtəlif aspektləri, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında liderlərarası təmasların oynadığı rolun vacibliyi vurğulanıb. Münasibətlərin əsasında duran bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstəyin əhəmiyyəti qeyd olunub.

Ceyhun Bayramovun ötən il Serbiyanın Səfirlər Müşavirəsində iştirak və çıxışı məmnunluqla xatırlanıb.

Tərəflər iki ölkə arasında müxtəlif, o cümlədən enerji, müdafiə, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlıq barədə müzakirələr aparıblar.

Diplomatik akademiyalar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib.

Görüş zamanı regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri üzrə də fikir mübadiləsi aparılıb.

Eyni gündə Azərbaycan və Serbiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya  tərəfdən isə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər