Menyu

İlham Əliyev Türkiyəyə səfər edib - YENİLƏNİB

Nərmin Qocamanlı
İlham Əliyev Türkiyəyə səfər edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərə gedib.

"Operativ Media" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu və digər rəsmi şəxslər qarşılayıblar.

***

13:29


Prezident İlham Əliyev bu gün Türkiyəyə səfər edəcək.

"Operativ Media"  xəbər verir ki, Prezident İlham Əliyev səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Teqlər:

"İlham Əliyev Türkiyəyə səfər edib - YENİLƏNİB"

Əlaqəli Xəbərlər