Menyu

Türkiyə MN Azərbaycanı təbrik edib

Nərmin Qocamanlı
Türkiyə MN Azərbaycanı təbrik edib

Türkiyə Müdafiə Nazirliyi (MN) Bakının erməni-bolşevik işğalından azad olunmasının 107-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə Nazirliyinin "X" hesabında paylaşım edilib.

"Bakının düşmən işğalından azad olunmasının 107-ci ildönümü mübarək olsun.

Nuri (Killigil) Paşanı və onun komandanlığı altında döyüşən Qafqaz İslam Ordusunun qəhrəman şəhid və qazilərini rəhmət, minnət və ehtiramla yad edir, Azərbaycan türkü qardaşlarımızı bu xüsusi gün münasibətilə səmimi qəlbdən təbrik edirik.

Necə ki, 107 il əvvəl olduğu kimi, bu gün də Azərbaycan türkü qardaşlarımızla bir ürək, bir yumruq olaraq yolumuza davam edəcəyik",- paylaşımda deyilir.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər