Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafı müzakirə olunub
Nərmin Qocamanlı
Azərbaycan və NATO arasında tərəfdaşlığın inkişafı müzakirə olunub.
Operativ Media xəbər verir ki, müzakirə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımovun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşü çərçivəsində baş tutub.
“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevə Azərbaycanın NATO ilə tərəfdaşlığının daha da inkişafı və geniş regional gündəmin faydalı müzakirəsinə görə təşəkkür edirik. 2025–2026-cı illərdə Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri funksiyasını yerinə yetirəcək”, – deyə İsveç səfirliyinin məlumatında qeyd olunub.
Teqlər:
"Az\u0259rbaycan v\u0259 NATO aras\u0131nda t\u0259r\u0259fda\u015fl\u0131\u011f\u0131n inki\u015faf\u0131 m\u00fczakir\u0259 olunub"