Avropa Parlamenti Kiyevdə daimi nümayəndəliyini açacaq
Əziz Əzizli
Avropa Parlamenti Kiyevdə daimi nümayəndəlik açacaq.
Operativ Media xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsola Ali Radada çıxışı zamanı bildirib.
"Əməkdaşlığımızı daha da gücləndirmək üçün biz Kiyevdə Avropa Parlamentinin daimi nümayəndəliyini açacağıq ki, hər gün birlikdə işləyə bilək”.
Metsola həmçinin bəyan edib ki, Avropa Rusiyaya qarşı “sərt sanksiyalar” tətbiq etməyə davam edəcək və münaqişə başa çatdıqdan sonra Ukrayna “Avropa İttifaqının millətlər ailəsinə” qoşulacaq.
Qeyd edək ki, Avropa Parlamentinin sədri çərşənbə günü Kiyevə səfər edib. "Euractive"nin məlumatına görə, səfər çərçivəsində Metsolanın Ukrayna Prezidenti Vladimir Zelenski və Baş nazir Yuliya Svırıdenko ilə görüşü nəzərdə tutulur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net