Suriyanın xarici işlər naziri Vaşinqtona səfər edəcək
Əziz Əzizli
Keçid hökumətinin bir hissəsi olan Suriya xarici işlər naziri Əsəd Əl-Şeybani sanksiyaların tam ləğvi ilə bağlı qanunvericilərlə danışıqlar aparmaq üçün sentyabrın 18-də Vaşinqtona səfər edəcək .
Operativ Media xəbər verir ki, bu haqda "Axios" portalı məlumat yayıb.
Portalın məlumatına görə, Suriya xarici işlər naziri amerikalı qanunvericilərlə görüşlər keçirəcək və bu görüşlərdə o, Suriyaya qarşı qalan sanksiyaların aradan qaldırılması imkanlarını müzakirə etməyə ümid edir. Portal vurğulayır ki, bu, Suriya xarici işlər nazirinin son 25 ildən artıq müddətdə Vaşinqtona ilk səfəri olacaq. Əl-Şeybaninin sentyabrın 19-da ABŞ dövlət katibi Marko Rubio ilə görüşü gözlənilir
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net