Almaniya kansleri: "Sülh planında Rusiya qoşunlarının çıxarılması ilə bağlı bənd yoxdur"
Almaniya kansleri Olaf Şolts Çinin "sülh planı" haqqında fikir bildirib.
"Operativ Media" bildirir ki, onun sözlərinə görə, təklif olunan planda bəzi önəmli qeydlər yer almayıb: "Mənim fikrimcə, "sülh planı"nda konkret olaraq belə bir bənd yoxdur, yazılsın ki, "Rusiya qoşunları Ukrayna ərazisini tərk etməlidir". Yoxdur belə bənd. Rusiyanın diqtə etdiyi sülh şərtləri qəbuledilməzdir. Putin bunu başa düşməlidir".
Bununla belə kansler Çinin "sülh planı"nda nüvə silahından istifadənin yolverilməz olduğunu özündə ehtiva edən bəndin yer almasını təqdir edib.
Teqlər:
"Almaniya kansleri: \"Sülh planında Rusiya qoşunlarının çıxarılması ilə bağlı bənd yoxdur\""