Menyu

İran BMT-nin qərarına etiraz edib

Əsəd Abbaslı
İran BMT-nin qərarına etiraz edib

İran Xarici İşlər Nazirliyi bəyan edib ki, Böyük Britaniya, Almaniya və Fransanın təşəbbüsü ilə (Aİ-3) BMT Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyalarını bərpa etmək səyləri nüvə proqramı ətrafında yaranmış böhranın diplomatik yolla həlli üçün bütün cəhdlərə zərbə vurur.

Operativ Media xəbər verir ki, XİN-nin bəyanatında deyilir: “Bu gün üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasında əvvəllər ləğv edilmiş Təhlükəsizlik Şurasının qətnamələrinin bərpasına yönəlmiş hərəkətləri qeyri-qanuni, əsassız və təxribat xarakterlidir, davam edən diplomatik proseslərə ciddi zərbə vurur”.

XİN bəyan edib ki, İran BMT Təhlükəsizlik Şurasının sanksiyalarını bərpa etmək cəhdləri də daxil olmaqla, istənilən qeyri-qanuni hərəkətə lazımi cavab vermək hüququnu özündə saxlayır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər