Azərbaycan və Rumıniya XİN rəhbərləri strateji tərəfdaşlıq və regional əməkdaşlığı müzakirə ediblər
Əsəd Abbaslı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın xarici işlər naziri Oana Toiu ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə Azərbaycan–Rumıniya strateji tərəfdaşlığının dərinləşdirilməsi, yüksək səviyyəli dialoqun ikitərəfli münasibətlərin inkişafındakı rolu, həmçinin enerji təhlükəsizliyi, diversifikasiya, təhsil, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Tərəflər yaşıl enerji üzrə birgə layihələri və Orta Dəhliz təşəbbüsü çərçivəsində əməkdaşlığın strateji əhəmiyyətini də diqqətə gətiriblər.
Nazir Bayramov həmkarına post-münaqişə dövründəki regional reallıqlar və Ermənistanla normallaşma prosesi barədə məlumat verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net